Muxtar Babayev COP31 ərəfəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

İqlim üzrə sazişlərin əldə olunması - yalnız ilk mərhələdir: beynəlxalq ictimaiyyət üçün əsas sınaq qəbul edilmiş öhdəlikləri konkret nəticələrə çevirmək və iqlim fəaliyyətlərinin beynəlxalq konfranslardan kənarda davam etdirilməsini təmin etmək bacarığı olacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, COP prosesinin daha fəal praktiki fəaliyyətlərə təkan verməsinə nail olmaq və bu prosesi yalnız iqlim konfranslarının keçirildiyi dövrlə məhdudlaşdırmamaq lazımdır.

M.Babayev vurğulayıb ki, Antalyada keçiriləcək COP31 ərəfəsində beynəlxalq əməkdaşlığa praktiki yanaşma xüsusi əhəmiyyət kəsb edir.

O əlavə edib ki, razılaşmalar əldə etmək bacarığı iqlim liderliyinin yalnız tərkib hissələrindən biridir: "Növbəti sınaq əldə edilmiş sazişləri real nəticələrə çevirmək bacarığımız olacaq".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20