Muxtar Babayev: "BMT Oxçuçayı təmizləməyə kömək ola bilər"

"BMT Azərbaycanın azad edilmiş ərazilərindəki çirklənmiş su ehtiyatlarını təmizləməyə dəstək verə bilər".

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib.

“Biz Oxçuçay problemini həm dünya miqyasında, həm də BMT-nin yerli nümayəndələrilə müzakirə edirik. Birinci mərhələdə çayın çirklənməsini dayandırmağa, daha sonra artıq çirkləndirilmiş sahələri təmizləməyə başlamağa çalışırıq. BMT bu sahədə qabaqcıl təcrübəsini bizimlə bölüşməklə kömək ola bilər. Müzakirələrimiz bununla bağlıdır” - deyə nazir vurğulayıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20