Azərbaycanda yeni iqlim həftələri keçiriləcək.
"Report"un verdiyi məlumata görə, bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) bildirib.
"Növbəti illərdə Azərbaycanda, şübhəsiz ki, yeni iqlim həftələri keçiriləcək. Biz BMT-yə iqlim həftəsinin keçirilməsi ilə bağlı təkliflər göndərmişik və onların həyata keçirilməsini dəstəkləyirik. Ölkəmizin nümayəndələri bu tədbirlərdə iştirak edəcək, Baku Climate Week isə irimiqyaslı hadisədir", - o qeyd edib.
M.Babayev parlament və digər qurumların belə tədbirlərin hazırlanması və keçirilməsində fəal iştirakını vurğulayıb.