Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib

Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib.

"Report"un Şimal bürosunun məlumatına görə, bu sözləri Şimal bölgəsində ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir vurğulayıb ki, 2024-cü ildə təkcə Qubada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib.

"Bugünkü ağacəkmə aksiyaları 2 Fevral - Gənclər Gününə həsr olunub. Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri də ağacəkmə prosesində fəal iştirak edir. Aksiyalar çərçivəsində əkilən ağacların inkişaf etməsinə də xüsusi diqqət yetirilir", - M.Babayev deyib.

Qeyd edək ki, meşəbərpa tədbirləri çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37