Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində “Yaşıl fidanlar” adlı ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, könüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20