Mingəçevir su anbarından qanunsuz balıq ovu edən şəxs cərimələnib

Bakı. 9 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədi ilə növbəti reyd keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, Mingəçevir su anbarının Yevlax rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Yevlax rayon sakini Şəhriyar Hüseynovdan 13 ədəd sıf balığı, 1 ədəd sintetik saplı tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 429 manat məbləğində iddia qaldırılıb.

Faktla bağlı qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02