Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Yevlax rayonu, Xanabad kənd sakini Samir Rəsulov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

Keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonunun “İstisu” adlanan ərazisində isə qanunsuz ov edən Yevlax rayonu, Tanrıqulular kənd sakini Niyaməddin Məmmədov saxlanılıb, barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34