Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizlənib

Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizlənib.

"Report" xəbər verir ki, Samur-Yalama Milli Parkının ərazisindəki ağaclara düşmüş zərərvericilərə qarşı tədbirlərin görülməsi məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən ərazidə monitorinq aparılıb.

Xidmət rəisi Firuddin Əliyev bildirib ki, monitoriq zamanı ərazidəki palıd, vələs ağaclarında “tək ipəksarıyan” (Lymantria dispar) zərərvericisinin yayıldığı müəyyən edilib.

Üç hektar ərazidəki ağaclar zərərvericilərdən təmizlənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20