Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar

ABŞ-nin Florida ştatında ciddi fəsadlar törədən “Milton” qasırğası qlobal istiləşmənin təsiri ilə güclənib.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə “World Weather Attribution” (WWA) mərkəzi məlumat yayıb.

“Biz belə qənaətə gəldik ki, iqlim dəyişikliyi qasırğanın trayektoriyası boyunca dəniz səthinin temperaturunun artmasına güclü təsir göstərib”, - məlumatda bildirilib.

WWA-dan vurğulayıblar ki, artan qlobal temperatur dəniz suyunun istiləşməsinə təsir edir və bu da öz növbəsində havanın rütubətinə birbaşa təsir göstərir.

Mərkəzin məlumatlarına əsasən, son illər qasırğalar güclənir, daha intensiv olur və fırtına dalğaları dəniz səviyyəsinin qalxması səbəbindən daha çox ziyan vura bilər.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34