Məşhur hindistanlı yoqin Sadhqurunun “Torpağı qoruyaq” missiyası Azərbaycanda

Məşhur hindistanlı yoqin Sadhquru “Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.

“Report” ETSN-ə istinadən xəbər verir ki, tədbirə həmçinin Ekokönüllülər, RİİB könüllüləri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının gənc ekoloqları da qoşulub.

Qeyd edək ki, Sadhquru planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini - ümumilikdə 30 min kilometr məsafəni qət edərək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşlər keçirir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34