Meşə fondu torpaqlarında ötən həftə 45 mindən artıq ağac əkilib

"Son bir həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilən meşəbərpa tədbirləri zamanı 45 000-dən artıq müxtəlif növ ağac əkilib, 600 kiloqramdan çox toxum səpilib".

Bunu "Report"a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

“Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”, - xidmət rəsmisi qeyd edib.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38