Meşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib

Əkin mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova "Report"a açıqlamasında bildirib ki, son bir həftə ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 116 500 ağac tingi əkilib, 5000 kiloqramdan çox toxum səpilib.

"Əkinlərdə Regional Meşə Təsərrüfatları mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş tinglərdən istifadə olunur".

Mətbuat katibinin sözlərinə görə, payız ağac əkini başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarında 200 mindən çox ağac tingi əkilib.

Qeyd edək ki, payız əkin mövsümü çərçivəsində ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19