Meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkilib

Payız mövsümü başlayandan bugünədək Azərbaycanın meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkilib.

"Report" xəbər verir ki, payız əkin planına uyğun olaraq ötən həftə ərzində ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edib, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilib, toxumlar səpilib.

Ötən həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 189 261 ağac əkilib, 6700 kiloqramdan artıq toxum səpilib.

Payız mövsümü başlayandan bugünədək ölkənin meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkilib, 32 ton toxum səpilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24