Məktəblilərə Abşeron Milli Parkında açıq dərs keçirilib

Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ekoloji maarifləndirmə tədbirləri və “Məktəblinin dostu” layihəsi çərçivəsində Abşeron Milli Parkında Xırdalan şəhərindəki 2 və 9 saylı orta məktəblərin şagirdləri üçün açıq dərs keçirilib.

"Report" xəbər verir ki, təbiət qoynunda keçirilən açıq dərsdə şagirdlərə milli parkın yaradılmasının məqsədi, yarımadanın təbii-coğrafi relyefi, flora və faunası, dəniz ekosistemi barədə məlumatlar verilib, təbiətin, ətraf mühitin qorunmasının zəruriliyi vurğulanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

40-dan artıq məktəblinin qatıldığı açıq dərs milli parkdakı turist marşrutları üzrə gəzinti ilə başa çatıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37