Abşeronda 64 ağacın məhv edildiyi yaşıllıq sahəsi bərpa olunub

Abşeron rayonu, Bakı-Quba yolunun sol tərəfində, Ekoloji nəzarət postunun yaxınlığındakı (Ekologiya postu) yaşıllıq sahədə ağacların məhv edilməsi ilə bağlı daxil olmuş məlumat 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

İdarə rəisi Asif Məcidov "Report"a bildirib ki, araşdırma zamanı sözügedən yaşıllıq ərazinin “Qar-Daş Company” MMC-nin icarəsində olduğu məlum olub.

O bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahədə bir müddət öncə ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı və nəticədə 64 ağacın məhv edildiyi və zədələndiyi müəyyən edilib: "Araşdırma zamanı təbiətə 13700 manat məbləğində ziyan dəydiyi məlum olub”. 

İdarə rəisinin sözlərinə görə, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır:

“Baş verən hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə idarə əməkdaşlarının təşəbbüsü ilə yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazi tullantılardan təmizlənib və məhv edilmiş ağacların əvəzinə dibçəklərdə yetişdirilən 60-dan çox şam ağacı əkilərək yaşıllıq sahəsi bərpa olunub”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20