Leyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

"Report" xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir.

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş dayanıqlı fəaliyyətlər həyata keçirir.

IDEA İctimai Birliyi vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyub getməməyə çağırır.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24