Lənkəran və Masallıda icazəsiz ov edən şəxslər saxlanılıb

 Bakı. 1 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Masallı rayonları ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, saxlanılan şəxslərdən 3 ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.

Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədov olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib, inzibati qaydada, ümumilikdə, 3035 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02