Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi aşağı düşüb

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi 2 metrdən çox aşağı düşüb.

“Report”un Aran bürosunun məlumatına görə, belə vəziyyət son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq qeydə alınıb.

Çayda irili-xırdalı "adalar" və "yarımadalar" əmələ gəlib. Eyni zamanda, su nasoslarının məhsuldar işləməsində çətinliklər yaranıb.

Belə ki, bəzi su nasosları normal qaydada su götürə bilmədiyindən, qarşısını dərinləşdirmək məqsədi ilə əraziyə xüsusi gəmi cəlb edilib.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22