Kürdə suyun səviyyəsi 3,2 metr qalxıb

Kür çayında suyun səviyyəsi artıb.

“Report”un Aran bürosu xəbər verir, son günlər Kür çayında suyun səviyyəsinin artımı müşahidə olunur. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində özünü biruzə verir.

Son iki gündə Kürdə cüzi enmələr olsa da, təkcə son bir ayda çayda suyun səviyyəsi 3,2 metr qalxıb. Nəticədə çayda yaranmış kiçik adalar əriyərək suyun altında qalıb, sahilboyu quraşdırılmış su nasosları tam gücü ilə işləyir.

Əhalinin yay aylarında su sarıdan yaşadığı sıxıntılar aradan qaldırılıb. Hazırda Kür çayında saniyədə 400 kubmetr su sərfi axır.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37