Kürdə su böhranı davam edir

Xəbər verdiyimiz kimi, 10 gün əvvəl Kür çayının Salyan rayonundan keçən hissəsində çay tamamilə quruyub.

"Report"un Muğan bürosunun əməkdaşı yerli sakinlərdən hazırkı vəziyyəti öyrənməyə çalışıb.

Rayon sakinlərinin sözlərinə görə, çayda su artmayıb. Su böhranı hazırda da davam edir: "İçməli sudan və əkin sahələrini suvarmaqda çətinlik çəkirik".

Analoji vəziyyət Neftçala rayonunda da yaşanır.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37