Kür suyunun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur.

Bu barədə Salyan rayon sakinləri “Report”un Muğan bürosuna məlumat veriblər.

Onların bildirdiyinə görə, son 3 gündə çayın suyu 70 sm-dən çox azalıb.

Neftçala rayon sakinlərinin verdiyi məlumata görə, bu rayonda çayın suyu 60 sm-ə yaxın azalıb. Həmçinin əsən güclü külək Xəzər dənizinin şor sularını yenidən Kür çayına qovmağa başlayıb.

Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb, Salyan və Neftçala rayonunun bəzi yerlərində tamamilə qurumuşdu. Bir həftə öncə isə Kür çayının aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarında suyun səviyyəsi 1 metr qalxaraq, Kür çayı Xəzər dənizinə qovuşmuşdu.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37