Kür çayında suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.

"Report"un Aran bürosunun məlumatına görə, ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib.

Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.

Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb.

Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58