Direktor: "Kür çayında duzluluq norma daxilindədir"

"Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb".

Bunu "Report"a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub: "Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37