Kür çayına balıq körpələri buraxılıb

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Yevlax rayonunda keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report"a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Su Nəqliyyatında Polis İdarəsinin və Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə 100 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Xidmət rəisi qeyd edib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə il ərzində təbii su hövzələrinə ümumilikdə 4 milyondan çox çəkikimi, nərəcinsli və qızılbalıq körpələri buraxılıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20