Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında və bölgələrdə oktyabrın 8-9-da gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37