Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən avqustun 26-29-da küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Ağdam, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Qobustan, Şirvan, Salyan, Neftçala, Beyləqan, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37