Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Ağdam, Samux, Şəmkir, Tovuz, Ağstafa, Neftçala, Qobustan, Şəki, Oğuz, İsmayıllı, Lerik, Yardımlı, Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul, Yevlax, Mingəçevir, Tərtər, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17