Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti dekabrın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qax, Balakən, Şəmkir, Şabran, Siyəzən, Tovuz, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Saatlı, Sabirabad, Hacıqabul, Quba, Qusar, Qobustan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Ağdam, Salyan, Şirvan, Neftçala, Xızı, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şəki, Zaqatala, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38