Azərbaycanda maqnit qasırğası gözlənilir, güclü külək əsəcək

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan "Report"a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 

Günəş diski ləkəsizdir. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/saat olub. 

Avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 575 – 600 km/saata qədər artacaq.

Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. 

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22