Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24