Karantində çimərliyə getmək üçün icazə alanların sayı açıqlanıb

Ötən ilin avqust-sentyabr aylarında https://cimerlik.az/ informativ saytından 724 266-dan çox şəxs istifadə edib.

“Report” xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, dənizkənarı istirahət zonalarının vahid məlumat bazası ötən ilin avqust ayında çimərliklərin monitorinqi məqsədi ilə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb.

Eyni zamanda, məlumat bazası və onun https://cimerlik.az/ informativ saytı (istifadəyə yararlı 50 çimərliklər və həmin çimərliklərin doluluğu, giriş-çıxış sayı barədə məlumat verən) formalaşdırılıb, habelə fəaliyyətinin təşkili ilə bağlı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt şəhərlərinin ərazisində yerləşən və istifadə üçün yararlı müəyyənləşdirilmiş 229 çimərliyə baxış keçirilib. Eləcə də 1 100 nəfər ASAN könüllülər həm çimərliklərə girişçıxışa nəzarət edib, həm də çimərliklərdə fəaliyyətin təşkilinə dair tələblərin yerinə yetirilməsinin monitorinqini həyata keçirmişdir. Bununla əlaqədar məlumatlar məlumat bazasına daxil edilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20