İsti hava şəraiti iyulun ikinci ongünlüyünün sonunadək davam edəcək

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41°-dək yüksələcəyi gözlənilir.

"Report" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi 18-dən 20-dək 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s olacaq.

Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34