İsmayıllıda bələdiyyə torpaqlarında qanunsuz ağac kömürü istehsal edən ocaqxana aşkarlanıb

İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24