İşğaldan azad edilən ərazilərdə qoruqlar yaradılacaq

“İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır”.

“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir:

“Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə insanlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər. Orada həm mühafizə, həm də turizm rekreasiya komponenti olacaq”.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 23 dekabr, 2025 / 13:01
Bəzi yerlərdə yağış yağacaq 21 dekabr, 2025 / 12:21
Sabah hava yağmursuz keçəcək 18 dekabr, 2025 / 12:13