İnstitut direktoru: "Xəzərin problemini kompleks şəkildə öyrənmək lazımdır"

"Xəzərin problemini kompleks şəkildə öyrənmək lazımdır. Burada atmosfer hadisələrini, texnogen, tektonik, geoloji proseslərin vəhdəti halında iqlim dəyişmələrini öyrənə və öz təkliflərimizi verə bilərik".

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Neft-Qaz İnstitutunun Baş direktoru Fəxrəddin Qədirov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyinin institutlarında bu istiqamətdə tədqiqatlar davam etdirilir: "Kompleks halında baxmaq istəyirik ki, iqlim dəyişmələri, tektonik geoloji proseslər, atmosfer hadisələri birlikdə hansı nəticəyə gətirib çıxara bilər. Biz bunun ssenarisini hazırlaya bilərikmi? Əgər belə bir ssenari hazırlanarsa, bu, uyğunlaşma proqramının təşkilində, strategiyanın hazırlanmasında böyük əhəmiyyət kəsb edə bilər".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37