İman Quliyev: Dövlət proqramı çərçivəsində inşa edilən “Dərnəgül” elektrik deposu strateji obyektdir

Dövlət proqramı çərçivəsində inşa edilən “Dərnəgül” elektrik deposu strateji obyektdir, onun ətrafında 1000 ağac əkiləcək.

“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini İman Quliyev “Dərnəgül” elektrik deposunun inşası zamanı layihə altına düşən yaşıllıqlarla bağlı ictimai dinləmədə deyib.

O bildirib ki, bu layihə nəqliyyat infrastrukturunun inkişafı üçündür:

“Bununla bağlı sənədlər bizə təqdim olunub və ekspertizası keçirilib, tövsiyələr verilib. Layihənin icrası üçün plana düşən ağacların yalnız köçürülməsi olacaq. Yaşıllıq landşaftı layihədə öz əksini tapmalıdır. Əks hal mümkün deyil. Ciddi nəzarət aparılır. Çalışırıq ki, həm layihələr icra olunsun, həm də ekoloji tədbirlərə əməl edilsin”.

“Bakı Metropoliteni” QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəisi Aftandil Bayramov isə əlavə edib ki, deponun tikintisi aparılacaq ərazidən 460-dan çox ağac köçürüləcək və bunun əvəzində minə yaxın ağac əkiləcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34