İlqar Vəlizadə: Xəzərin dayazlaşması ekologiya və iqtisadiyyata mənfi təsir göstərir

Xəzər dənizinin dayazlaşması həm ekologiyaya, həm də region ölkələrinin iqtisadiyyatına və siyasətinə mənfi təsir göstərir.

"Report" xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.

"Xəzər regionu Avrasiya siyasətinin mərkəzlərindən birinə çevrilir. Buna görə də Xəzər regionunda təhlükəsizliklə bağlı məsələlər həm Azərbaycana, həm də Qazaxıstana toxunur", - o bildirib.

İ.Vəlizadə bildirib ki, son 15 ildə Xəzər dənizinin sahəsi 20 min kvadrat kilometr azalıb.

O vurğulayıb ki, Xəzər dənizinin qorunması məsələsində həll yollarının tapılması üçün Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi vacibdir: "İqtisadiyyat və siyasət də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq regionda baş verənləri daha yaxşı anlamağa imkan verir".

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24