IDEA İctimai Birliyinin Resurs mərkəzində "Yaşıl söhbət klubu" layihəsi çərçivəsində görüş keçiriləcək

Bakı. 4 mart. REPORT.AZ/ IDEA İctimai Birliyinin Resurs mərkəzində "Yaşıl söhbət klubu"(Green Conversation Club) layihəsi çərçivəsində görüş keçiriləcək. "Report" xəbər verir ki, görüş martın 10-da saat 17-də baş tutacaq və 1 saat davam edəcək. Klubda gənclər qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşəcək, ekoloji mövzularda hazırlanan suallar ətrafında söhbətlərdə və ətraf mühitlə bağlı interaktiv oyunlarda iştirak edəcəklər. Bütün müzakirə və söhbətlər ingilis dilində aparılacaq.
Söhbət klubuna qoşulmaq istəyən şəxslər CV-lərini martın 9-a qədər greenclub@ideacampaign.org elektron poçt ünvanına göndərə bilər. Əlavə məlumat üçün: +(994 12) 497 63 16
Qeyd edək ki, IDEA Yaşıl söhbət klubu ətraf mühit sahəsinə bağlı olan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanıdır.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24