İstirahət günləri Bakıda yağış yağacaq

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Noyabrın 3-də gündüz hava, əsasən, yağmursuz keçəcək, arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şərq küləyi əsəcək, havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37