İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakı. 16 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55