Azərbaycanda icazəsiz ov edən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı saxlanılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlayıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20