ETSN: Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən "Report"a bildirilib ki, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur. 

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34