Hirkan Milli Parkında baş verən yanğın söndürülüb

Bakı. 28 iyul. REPORT.AZ/ Ötən gün Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan və sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub.

Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55