Hindistanlı ekspert: “Ermənistandakı metallurgiya zavodu sakinlərin sağlamlığı üçün təhlükə törədir”

“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdayan kəndində yerləşən metallurgiya zavodunun tullantılarının atmosferə atılan yüksək konsentrasiyalı çirkləndirici maddələri sərhəd zonasının sakinlərinin sağlamlığı üçün təhlükə törədir”.

Bunu "Report"a açıqlamasında Hindistanın Qərbi Benqal əyalətinin hökumətinin Səhiyyə və Ailə Rifahı Departamentinin nümayəndəsi Hasim Abdul Halim deyib.

Onun fikrincə, tullantıların səbəb olduğu çirklənmə qocaların, uşaqların və tənəffüs yolları xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərə bilər.

"Çirkləndirici maddələrə uzun müddət məruz qalma tənəffüs yollarında problemlərə, ürək-damar sistemi xəstəliklərinin və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Yerli sakinlərə təsiri minimuma endirmək üçün ətraf mühitə təsirlər hərtərəfli qiymətləndirilməli, hava və suyun keyfiyyətinə daim nəzarət edilməlidir", - Halim vurğulayıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24