Hidrometeoroloqlar meteohəssas insanlara xəbərdarlıq edib

Bakı. 14 avqust. REPORT. AZ/ Avqustun 15-16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, avqust ayının 15-16-da Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü və günün bəzi saatlarında havada rütubətliliyin normadan bir qədər çox olması fonunda isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. 

Avqustun 17-də isə xəzri küləyinin güclənməsi ilə temperatur rejiminin iqlim normasına yaxın olması nisbətən əlverişlidir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37