Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Qala Qoruğunda ağacəkmə aksiyası keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala Qoruğunda ağacəkmə aksiyası keçirilib.

“Report” xəbər verir ki, aksiyada İçərişəhər və Qala qoruqlarının sakinləri, İdarənin rəhbərliyi və əməkdaşları, Qoru Gənclər Təşəbbüs qrupunun üzvləri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24