Havanın temperaturu 8 dərəcə enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Azərbaycanın bəzi bölgələrində fevralın 26-da külək güclənəcək.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naxçıvan MR, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Daşkəsən, Goranboy, Mingəçevirdə isə şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.

Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38