ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur

Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20