Bakıda havada toz dumanı müşahidə olunur

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur".

"Report" xəbər verir ki, bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

G.Abbasova deyib ki, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37