Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova "Report"a bildirib ki, dispers toz hissəcikləri Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb.

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37